Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərcləri üzrə dövlət dəstəyi göstəriləcək. Yeni dəstək mexanizmi yalnız faktiki ixrac edilmiş qeyri-neft-qaz mallarına şamil ediləcək. Bu çərçivədə ixrac zamanı yaranan gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.
Yeni dəstək mexanizmi ixracatçılar üçün hansı üstünlükləri yaradacaq?
Demokrat.az-a mövzu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli qərarın ixrac zamanı yaranan müəyyən xərclərin azaldılmasına xidmət etdiyini söyləyib:
“Məsələ mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac rəsmiləşdirilməsi zamanı çəkdiyi rəsmi xərclərdən gedir. İxrac əməliyyatlarının özü vergi və gömrük rüsumundan azad olsa da, rəsmiləşdirmə ilə bağlı müəyyən xərclər mövcuddur. Dövlət həmin xərcləri qarşılamaqla ixracın ümumi maya dəyərini aşağı salır və bununla da ixrac fəaliyyətini stimullaşdırır. Eyni zamanda bu, indiyədək ixrac barədə düşünməyən yeni sahibkarların da xarici bazarlara çıxmağa marağını artırır”.
İqtisadçı uzunmüddətli perspektivdə isə əsas məqsəd qeyri-neft ixracının həcmini artırmaq olduğunu əlavə edib:
“Bu dəstək mexanizmi də məhz həmin hədəfə xidmət edən tədbirlərdən biridir. Belə ki, dövlət mikro, kiçik və orta sahibkarların ixrac rəsmiləşdirilməsi zamanı yaranan rəsmi xərcləri öz üzərinə götürərək onların ixrac fəaliyyətini təşviq edir”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Yeni dəstək mexanizmi ixracatçılar üçün hansı üstünlükləri yaradacaq?