Bu xəsəliyi var imiş

09.11.2026

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

SİMPTOMLAR OLUB - İDMANÇININ ATASI

ABŞ-da keçirilən Nyu-York marafonunda 24 yaşlı qadın finiş xəttinə cəmi 3 kilometr qalmış huşunu itirərək dünyasını dəyişib.

Pensilvaniya ştatının sakini Reyçel Apa noyabrın 1-də keçirilən yarış zamanı qəfil yerə yıxılıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, xəstəxanada həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası qızının ölümünə səbəb kimi rabdomioliz diaqnozunun qoyulduğunu bildirib. Bu, skelet əzələlərinin sürətlə parçalanması nəticəsində yaranan və həyati təhlükə törədə bilən ağır vəziyyətdir.

Rabdomioliz nədir və niyə təhlükəlidir?

Rabdomioliz zamanı zədələnmiş əzələ hüceyrələrinin tərkibindəki maddələr, o cümlədən mioqlobin qana qarışır. Bu proses böyrəklərə ciddi zərər verə, ürək ritminin pozulmasına və hətta çoxsaylı orqan çatışmazlığına səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, bu vəziyyət marafon iştirakçıları arasında nadir görülsə də, həddindən artıq fiziki yüklənmə və isti hava riskləri artırır.

2022-ci il Nyu-York marafonunda rabdomiolizlə bağlı 24 hadisə qeydə alınıb.

Halbuki əvvəlki yarışlarda bu göstərici adətən 3-4 nəfər olub. Həmin il yüksək temperatur və rütubət idmançılar üçün əlavə təhlükə yaradıb.

Rabdomioliz xəstəliyinin ilkin simptomları uzunmüddətli fiziki yüklənmədən sonra yaranan adi yorğunluqla qarışdırıla bilər.

Xəstəliyin əsas əlamətləri bunlardır:

- Həddindən artıq yorğunluq və halsızlıq;
- Əzələ ağrıları və zəiflik;
- Ürəkbulanma və qusma;
- Huşun itirilməsi;
- Çaşqınlıq və sayıqlama.

Mütəxəssislər bildirirlər ki, intensiv fiziki fəaliyyət zamanı orqanizm çoxlu istilik istehsal edir. Həddindən artıq isti və rütubətli hava bədənin tərləmə yolu ilə soyumasını çətinləşdirir. Susuzlaşma isə əzələ zədələnməsini daha da ağırlaşdıra bilər.

Həkimlər xəbərdarlıq edir: Uzunmüddətli və intensiv idman zamanı qeyri-adi əzələ ağrıları, güclü halsızlıq və ya huş dəyişikliyi yaranarsa, bunu adi yorğunluq hesab etmək olmaz. Rabdomioliz təcili tibbi müdaxilə tələb edən vəziyyətdir.

saglamolun.az

Mənbə: CNN

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью