“Bu xəstəlik onu da apardı”

23.08.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Xalq artisti Faiq Ağayev kədərli itki ilə üzləşib.

Axşam.az xəbər verir ki, müğənninin 15 il ərzində evində çalışan köməkçisi vəfat edib. F.Ağayev bu barədə sosial şəbəkə hesabında yazıb.

O, mərhumun uzun müddət ağır xəstəliklə mübarizə apardığını bildirib:

“15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı… Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik…

Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью