Bu xəstəliyi Yer üzündən silən həkim VƏFAT ETDİ

26.01.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Dünyada çiçək xəstəliyinin tamamilə aradan qaldırılmasına səbəb olan vaksinasiya strategiyasının müəllifi, amerikalı həkim Uilyam Feygi vəfat edib.

Ölkə.az xəbər verir ki, alim 89 yaşında dünyasını dəyişib.

Məlumata görə, ölümün səbəbi xroniki ürək çatışmazlığı olub.

Uilyam Feygi 1970-ci illərdə tətbiq edilən və sonradan qlobal səhiyyə tarixində dönüş nöqtəsi sayılan “halqa vaksinasiya” strategiyasını hazırlayıb. Bu yanaşma nəticəsində çiçək xəstəliyi Yer üzündə tamamilə məhv edilən ilk infeksion xəstəlik kimi tarixə düşüb.(musavat)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью