Bu xəstəxanada pasiyentlərin müraciəti üçün yeni xidmət istifadəyə verilib

08.12.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərin müraciət prosesini daha rahat və operativ təşkil etmək məqsədilə qeydiyyat bölməsində yeni "Həkimdən həkimə yönləndirmə" xidməti istifadəyə verilib".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" mövzusundakı təlimdəki çıxışında deyib.

Z.Ədilova diqqətə çatdırıb ki, yeni sistem vətəndaşların təkrar elektron növbə götürmədən bir həkimin qəbulundan digər ixtisaslı həkimin qəbuluna birbaşa keçidini təmin edir:

"Xidmət xüsusilə fizioterapiya göndərişləri zamanı daha geniş tətbiq olunur. Belə ki, vətəndaş ilkin olaraq elektron növbə alaraq ixtisaslı həkimin qəbuluna daxil olur. Əgər həkim pasiyenti fizioterapiyaya yönləndirirsə, vətəndaş yenidən qeydiyyat və növbə prosedurlarından keçmədən "Həkimdən həkimə yönləndirmə" masasından birbaşa xidmətə yönləndirilir.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərin müraciəti üçün yeni xidmət istifadəyə verilib

Həmçinin ilkin müayinə aparan həkim pasiyenti başqa bir ixtisas üzrə mütəxəssisə göndərdikdə də vətəndaşın təkrar elektron növbə götürməsinə ehtiyac olmayacaq. Xəstə sadəcə "Həkimdən həkimə yönləndirmə" masasına yaxınlaşaraq növbəti həkimin qəbuluna operativ şəkildə ötürülür".

Departament rəhbəri bildirib ki, bu yenilik xəstəxanada müraciət prosesinin optimallaşdırılmasına, vətəndaşların vaxt itkisini minimuma endirməyə və tibbi xidmətin daha səmərəli təşkilinə xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью