Bu xəstəxananın baş həkimi işdən ÇIXARILDI

19.08.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırda onun yerinə təyinat yoxdur.

M.Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Mirrəhim Nəbiyev daha əvvəl Masallı Rayon Vərəm Dispanserinin baş həkimi vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью