Bu xəstəxanaya baş həkim təyin olundu

24.11.2024

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

"Report”un yerli bürosu məlumat verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью