Bu xəstəxanaya direktor təyin olundu

28.12.2024

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazax rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə Afiq Fərruxova həvalə olunub.

Qeyd edək ki, A. Fərruxov Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib. O, 2021-2024-cü illərdə Şuşa Modul Tipli Xəstəxanada və Xankəndi şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью