Bu xəstəxanaya yeni baş həkim təyin edildi

26.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ağ Ciyər Xəstəliklər Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu vəzifəyə 1967-ci il təvəllüdlü Əli Mirzəmməd oğlu Nuriyev təyin olunub.

Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.

Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью