Bu xəstəxanaya yeni baş həkim təyin edildi FOTO

24.11.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

Globalinfo.az xəbər verir ki, 4 nömrəli xəstəxananın baş həkimi vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью