Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pentaqonun Xəzər dənizindəki nəqliyyat yollarını əhatə edən "Dəmir Qapı" Xüsusi Təyinatlı Qrupunun yaradılması Xəzəryanı dövlətlərin maraqlarına açıq şəkildə təhlükə yaradır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov “Farhikhtegan” qəzetinə bildirib.
“Bu, müstəqil Xəzər dövlətlərinin maraqlarına açıq bir təhdiddir. Biz vurğulayırıq ki, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi yalnız beş sahil ölkəsinə aiddir”.
Diplomatın sözlərinə görə, qrup ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) himayəsi altında yaradılıb. Qrupun əsas vəzifəsi İrandan keçməklə ikili təyinatlı malların sərhədlərdən daşınmasının qarşısını almaq kimi müəyyən edilib.
Dedov xəbərdarlıq edib ki, bu vəzifənin icrasına yönələn istənilən cəhd İran ətrafındakı böhranın qonşu regionlara da yayılmasına səbəb ola bilər.
O, bu addımı beynəlxalq hüquq normalarına, İranın və onunla həmsərhəd ölkələrin suverenliyinə qəsd, eləcə də ABŞ və İsrailin fevral ayında həyata keçirdiyi uğursuz nəticələrindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.