Bu xidmətlər də icbari tibbi sığortaya daxil edildi Siyahı

21.01.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib.

Globalinfo.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Aşağıdakı tibbi xidmətlər Xidmətlər Zərfinə daxil edilib:

2.1.634. 95.48. Eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması – 1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting), konsultasiya daxil) *TS daxildir 300

2.1.635. 95.49. Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun (minimum 5 (beş) il müddətində istifadə edilmiş olması şərtilə) bir üst modeli ilə əvəzləşdirilməsi (konsultasiya daxil) *TS daxildir 15500 2.1.636. Tətbiq edilmir Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun istifadəyə yararsız olduğu təqdirdə eyni model səs (nitq) prosessoru ilə (komplektləşdiricilər xaric) əvəzləşdirilməsi (konsultasiya daxil), (istehsalçı tərəfindən zəmanət şərtlərində nəzərdə tutulmadığı hallarda, minimum 1 (bir) il müddətində istifadə edilmiş olması şərtilə) *TS daxildir 5500

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью