Bu yağı hamımız alırıq, amma bu VİDEOdan sonra... ŞOK GÖRÜNTÜLƏR

18.03.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Antisanitar şəraitdə hazırlanan kərə yağının görüntüləri insanların narahatlığına səbəb olub.

Bakupost.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

İddialara görə, kadrlarda "Tulçinka" markalı kərə yağının istehsal prosesi əks olunub. Görüntülərdə məhsulun gigiyenik normalara uyğun olmayan şəraitdə hazırlandığı iddia edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ araşdırılır.

"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Məsələ araşdırılır. Qida sahəsində hər hansı uyğunsuzluq olarsa, istehlakçılar, o cümlədən sosial şəbəkə izləyiciləri konkret faktlarla "E-Qidam" mobil tətbiqi ilə və ya "1003-Çağrı Mərkəzi"nə zəng vuraraq müraciət edə bilərlər", - məlumatda bildirilir.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью