Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir Ekspertdən XƏBƏRDARLIQ | Icma.az
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Yerli bazarda satılan bitki və kərə yağlarının keyfiyyəti ilə bağlı ciddi narahatlıqlar yar
İddialara görə, hətta ən bahalı və tanınmış markalı yağların tərkibinə belə süni müdaxilələr olunur.
Son günlər dabaq xəstəliyinin sürətlə yayılması isə vəziyyəti daha da qəlizləşdirərək, marketlərdə keyfiyyətli yağ məhsullarının seçimini, eləcə də tapılmasını çətinləşdirib.
Modern.az-a açıqlamasında qida mütəxəssisi Fərid Səfərov qeyd edib ki, süni müdaxilə edilmiş yağlar ciddi sağlamlıq riskləri daşıya bilər.
Onun sözlərinə görə, saxtalaşdırılmış və keyfiyyətsiz yağların içərisinə daha ucuz yağların qarışdırılması qida saxtakarlığının yayılmış formalarından biridir.
“Bu cür yağlar bəzən təmizlənməmiş, oksidləşmiş və ya təkrar istifadə edilmiş köhnə yağlardan ibarət olur.
Belə məhsulların tərkibi dəqiq məlum olmur, qiyməti isə çox ucuz olur və etiketi təsadüfi şəkildə hazırlanır.
Davamlı istehlak edildikdə isə, belə yağlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər”.
Tam oxu
Xəbəri oxu