Bu yanaşma yanlışdır Nəqliyyat eksperti

11.11.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Skuter və velosipedlər bəzən kiçik nəqliyyat vasitələri kimi qəbul edilsə də, onların düzgün idarə olunmaması insan həyatı üçün ciddi təhlükə yarada, hətta ölümlə nəticələnə bilər. Buna görə də bu nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etmək vacibdir. Bəzi şəxslər skuter və velosipedlərin kiçik ölçülü olmasını əsas gətirərək onları istədikləri kimi idarə edə və istənilən yerdə hərəkət etdirə biləcəklərini düşünürlər. Bu yanaşma yanlışdır. Məsuliyyətsiz davranışlar indiyədək çoxsaylı qəzalara və insan tələfatına səbəb olub”.

Nəqliyyat eksperti Elməddin Muradlı bunu 525.az-a deyib. Ekspert bildirib ki, hazırda bu istiqamətdə maarifləndirmə işləri aparılır, yol polisi də müvafiq çağırışlar edir:

“Lakin görülən tədbirlər hələlik gözlənilən nəticəni vermir. Bu cür məsuliyyətsiz davranışlar gələcəkdə skuterlərin hərəkətinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, bir çox ölkələrdə artıq bu istiqamətdə müxtəlif məhdudiyyətlər tətbiq olunur”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью