​“Bu yanğını Rusiya törədib...” Tusk

03.09.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna üçün PUA istehsal edən Polşa zavodunda baş verən yanğın Rusiya tərəfindən "qəsdən törədilmiş yanğındır".

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. 

"Bu, Rusiyanın Avropadakı artan hərəkətlərinin davamıdır, təəssüf ki, bunlar ilk hallar deyil və daha pisi - onlar əlbəttə ki, sonuncu da olmayacaq", - deyə o, bildirib.

Hadisə günü Polşa Prokurorluğu bu yanğını "xarici kəşfiyyat xidməti tərəfindən qəsdən törədilmiş terror cinayəti" kimi təsnif edib.

Polşada bu hadisədən əlavə, bazar günü Lüblin şəhərindəki bir zavodda da yanğın baş verib. Həmin müəssisə təyyarələr və vertolyotlar üçün hissələr də daxil olmaqla, aerokosmik komponentlər istehsal edir.

Tuskun barəsində danışdığı və bazar ertəsi yanğın baş verən zavod Polşanın ən böyük özəl müdafiə şirkətlərindən biri olan “WB Electronics”-ə aiddir. O, Ukraynanın Rusiya qoşunlarına qarşı istifadə etdiyi dronlar və sursatlar istehsal edir. Yanğın tez bir zamanda söndürülüb və itki olmayıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью