Bu yaşda qadınlar brokoli yeməlidir

21.05.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

“40 yaşdan yuxarı qadınların qida rasionuna bir neçə qida daxil etmək lazımdır”.

News24.az xəbər verir ki, bunu diyetoloq Marta Marse deyib.

Marse tövsiyə edib ki, 40 yaşdan sonra insanlar zeytun yağını mütəmadi olaraq qida rasionuna daxil etməlidirlər, çünki tərkibində omeqa-9 yağ turşuları var. Bu maddə qanda insulin səviyyəsini sabitləşdirməyə, ürək-damar sağlamlığını qorumağa və sinir sistemini gücləndirməyə kömək edir.

Bundan əlavə, həkimin fikrincə, bu yaşda olan qadınlar qaraciyər və həzm sisteminə müsbət təsir göstərən, həmçinin sümük sıxlığının itirilməsinin qarşısını alan brokoli və gül kələmini daha çox yeməlidirlər. Həmçinin antioksidantla zəngin qaragilə, moruq və böyürtkən gündəlik menyuya daxil edilməlidir.

Diyetoloq, xörəklərə kətan toxumu və əzilmiş küncüt toxumlarından hazırlanan pasta olan tahini əlavə etməyi tövsiyə edib./medianews

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью