Bu, yaşlı nəslin qısqanclığıdır... Açıqlama | Icma.az
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Mehriban Xanlarova müsahibəsində Milli Dram Teatrının rəhbəri Mehriban Ələkbərzadənin başqa teatrlardan aktrisa gətirdiyini iddia etmişdi.
Kulis.az sözügedən məsələ ilə bağlı teatrın açıqlamasını təqdim edir.
Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin "Baş" romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tekini dəvət edib.
Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib.
Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər.
Bu gün Akademik Milli Dram Teatrı bir neçə istiqamətdə öz strategiyasını və yaradıcı hədəfini müəyyənləşdirib.
Tam oxu
Xəbəri oxu