Bu yay Avropada istilər azı 50 min insanı öldürüb

28.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropada 2026-cı ilin yayında müşahidə olunan güclü istilər nəticəsində azı 50 min nəfər həyatını itirib.

“Cebheinfo.az” xəbər verir ki, britaniyalı alimlərin araşdırmalarına görə, bu, indiyə qədər qeydə alınan ən yüksək isti hava dalğasından ölüm sayıdır.

Tədqiqatçılar bu ölümlərin təxminən üçdə ikisini (65 faizi) birbaşa insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Tədqiqatda Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Norveç və İsveçrədəki 850-dən çox şəhər mərkəzindən əldə edilən məlumatlar araşdırılıb.

Bu mərkəzlərdə həmin ölkələrin ümumi əhalisinin təxminən 40 faizi yaşayır. Eyni bölgədə 2022-ci il isti hava dalğası zamanı ölənlərin sayı təxminən 29 min nəfər olaraq qiymətləndirilib.

O dövrdə iqlim dəyişikliyi ilə əlaqəli ölümlərin sayı 59 faiz olaraq bildirilib. London İmperial Kolleci və London Gigiyena və Tropik Təbabət Məktəbinin tədqiqatçıları 2000-ci ildən bəri toplanan tarixi məlumatlara əsaslanaraq istidən ölüm hallarının hesablanması üçün yeni bir metod hazırlayıblar.

Bu metodu real dünya statistikası ilə müqayisə edən alimlər həmçinin insan tərəfindən törədilən iqlim dəyişikliyinin təsirləri istisna edildikdə neçə nəfərin öləcəyini hesablayıblar.

İki rəqəm arasındakı fərq istixana qazı tullantılarının əlavə ölümlərə nə dərəcədə səbəb olduğunu göstərir.

Tədqiqatçıların fikrincə, 2026-cı ilin yayında ən dağıdıcı dövr iyun ayı olub. İstidən ölüm hallarının təxminən üçdə biri 17 iyun və 1 iyul arasındakı iki həftəlik dövrdə baş verib.

Həmin dövrdə temperatur orta hesabla istinad dövrünün orta göstəricisindən (1991-2020) beş dərəcə yüksək olub.

İmperial Kollecinin ekstremal hava və iqlim dəyişikliyi üzrə tədqiqatçısı Kler Barns isə deyib ki, 2026-cı ilin yayı Avropanın əksər hissəsində istidən ölüm halları baxımından ən pis yay olub:

“Hazırda bu rəqəmlərin arxasında həyatını itirən real insanlar və onların kədərli ailələri dayanır".  

Tədqiqatçılar həmçinin istiliyin yalnız yaşlılara deyil, geniş insan kütləsinə təsir etdiyini vurğulayırlar. 50 min istidən zərər çəkəndən təxminən 6 minin 65 yaşdan kiçik olduğu təxmin edilir.

London Gigiyena və Tropik Təbabət Məktəbinin epidemioloqu Pyer Masselot qeyd edib ki, hazırda şəhərlərimizin artan temperaturlara nə qədər zəif uyğunlaşdığı getdikcə daha aydın görünür:

“Buna görə də, uyğunlaşma səylərimizi gücləndirməyimiz vacibdir. Bu, daha çox yaşıl sahələr yaratmaqla və çirklənməni azaltmaqla şəhərlərin sərinləşməsi və ictimaiyyətə səhiyyə xidmətləri göstərmək deməkdir".

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью