Bu yay Böyük Britaniyada istidən 5258 nəfər ölüb

25.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyada bu yay həddindən artıq istilər nəticəsində təxminən 5258 nəfər ölüb. Bu, ölkənin 2016-cı ildə qeydlər aparmağa başladığı vaxtdan bəri ən yüksək ölüm sayıdır.

Xəbəri “Anadolu” yayıb. 

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) yazılı açıqlamasında 2026-cı ilin may-sentyabr ayları ərzində istidən ölüm halları ilə bağlı hesabatın nəticələrini dərc edib. Sənəddə xatırladılır ki, istidən ölənlərin sayı 2022-ci ildə 2985, 2023-cü ildə 2295, 2024-cü ildə 1311 və 2025-ci ildə 1504 nəfər olub. Beləliklə, bu ilki rəqəm 2022-ci ildə qeydə alınan əvvəlki rekorddan təxminən iki dəfə çoxdur.

Qeyd olunur ki, ən çox ölüm halı 2026-cı il iyunun 21-dən 28-dək olan anomal istilər dövründə baş verib. Bu günlərdə 2401 ölüm hadisəsinin yüksək temperaturla əlaqəli olduğu təxmin edilir.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью