Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“Havaların sərin keçməsi heç də onun yayda soyuqluq gətirməsinə dəlalət etmir. Əgər El-nino hadisəsi baş veribsə və onun cərəyanı əvvəl-axır Avropa ölkələrinə, sonra da Qafqaza çatacaqsa, o mənada güman edirəm ki, havalar düzələcək, yay havası gələcək”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqlimşünas Məhərrəm Mehdiyev söyləyib.
M.Mehdiyev qeyd edib ki, heç kim bu sərinlikdən qorxmamalıdır, yay normal keçəcək: “Hələ Ümumdünya Meteorologiya Təşkilatının apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə, bu yay daha isti olması ehtimal olunur. Mən də düşünürəm ki, elə olacaq. Ona görə də bu mənada havalar yaxşı olacaq, çimərliklər işləyəcək. Arzum budur ki, havanın istiliyi 41 dərəcədən yuxarı olmasın. Ölkəmizdə illər boyu keçən bu yay mövsümləri bu il də ona uyğun olacaq”.
Röya İsrafilova