Sia Az saytına istinadən Icma.az xəbər verir. Tokayev qara qutuların Braziliyaya göndərilməsini yeganə düzgün qərar adlandırıb Qazaxıstan Pr
SİA-nın məlumatına görə, Tokayev “Аna Tili” qəzetinə müsahibəsində bunun araşdırmanın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün zəru
Dövlət başçısı təyyarə qəzasının səbəblərinin araşdırılması üçün hökumət komissiyasının yaradıldığını xatırladıb.
“Bundan əlavə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Dövlətlərarası Aviasiya Komitəsindən olan nümayəndələr də daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub”, - deyə Qazaxıstan prezidenti əlavə edib.
O, qazax xalqının təyyarə qəzası qurbanlarına həmrəylik göstərdiyini, vətəndaşların kütləvi şəkildə qan verməyə tələsdiklərini bildirib.
“Xilasetmə xidmətlərimiz, tibb işçilərimiz və polis əməkdaşlarımız operativ və əlaqəli şəkildə fəaliyyət göstərərək, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirdilər.
Faciənin baş verdiyi yerə yaxın ərazidə olan Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin işçiləri dərhal zərərçəkənlərə kömək etməyə başladılar.
Yerli sakinlər də kənarda qalmadılar. Vətəndaşlarımızın bu fədakarlığı sayəsində mümkün olan maksimum sayda insan xilas edildi.