“Bu, yeni reallıqdır” Ermənistan Prezidenti də sülhdən danışdı | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Bakı və İrəvan arasında sülhün bərqərar olunacağına dair ümidini ifadə edib.Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə Davosdakı Dünya İqtisadi Forumunda keçirilən panel diskussiyada danışıb.
Tədbirdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak ediblər.Xaçaturyan bildirib ki, siyasi liderlərin cəsarəti və strateji baxışları ölkələr arasında sülhün təmin olunmasında əsas rol oynayır.
“Liderlərimiz sülh, gələcək və vətəndaşların rifahını prioritet seçiblər.
Mən həmişə sülh tərəfdarı olmuşam və hesab edirəm ki, qonşularla yalnız sülh içində yaşamaq mümkündür.
Münaqişə və müharibə yolu isə vaxt itkisidir. Mən çox optimistəm ki, real nəticələr əldə edəcəyik və birgə iqtisadi və mədəni proqramlar həy
“Artıq İrəvanda insanlar öz avtomobilləri üçün Azərbaycan mənşəli yanacaq alırlar.
Əvvəllər bu, mənfi reaksiyaya səbəb ola bilərdi, amma indi bu, yeni reallıqdır,” – deyə Xaçaturyan qeyd edib.O, həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycanın liderləri siyasi iradə və sülhə sadiqlik nümayiş etdiriblər.
Tam oxu
Xəbəri oxu