“Bu, yerində verilmiş qərardır”

13.11.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nüvə silahlarının çatdırılma sistemlərini sınaqdan keçirməyi planlaşdırırıq”.

“Qafqazinfo” “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib. 

“Rəqiblərimizin də sınaqlar keçirdiklərini nəzərə alsaq, bu, tamamilə yerində verilmiş qərardır”, - o əlavə edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri vermişdi. Ölkənin energetika naziri Kris Rayt isə sınaqların nüvə partlayışlarını nəzərdə tutmayacağını açıqlamışdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью