Bu yerlər Azərbaycan Ordusunun nəzarətinə düşəcək Abramyan

17.01.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

“Əliyevin xəbərdarlığından sonra Ermənistan hökuməti üçüncü güzəştə getdi”.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni müxalif deputat Tiqran Abramyan deyib.

O deyib ki, Minsk qrupunun buraxılması, konstitusiyanın dəyişdiriləcəyi vədindən sonra Paşinyan qısa zaman ərzində sərhədlərin demarkasiyası məsələsində də güzəştə getdi:

“Demarkasiyanı Tavuşdan başlamaq Bakı üçün həyati əhəmiyyətli idi. Çünki Ermənistan hökuməti anklavları –  Yuxarı Əskipara, Sofulu və Barxudarlını Azərbaycan ərazisi elan edib. Onların verilməsi təkcə Tavuşdakı daxili kommunikasiyanı pozmayacaq, həm də Ermənistan-Gürcüstan sərhədinə gedən yolu və qaz kəmərini zərbə altında qoyacaq”.

T.Abramyan həmçinin qeyd edib ki, bununla yanaşı, İcevandan Berdə gedən yol Azərbaycan Ordusunun vizual nəzarətinə düşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью