Bu yerlərdə 10 dərəcə şaxta olub FAKTİKİ HAVA

02.01.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 2-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 02-də gecə Şahdağda zəif qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью