Bu yerlərdə küləyin sürəti artdı Ehtiyatlı olun!

24.04.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 24-ü saat 16:00-a olan məlumata əsasən, bəzi bölgələrdə küləkli hava şəraiti davam edir.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi üstünlük təşkil edir. Küləyin maksimal sürəti Naftalanda 28 m/s, Goranboyda 27 m/s, Tərtər və Bərdədə 22 m/s, Mingəçevir, Gəncə və Ağstafada 20 m/s, Lerikdə 19 m/s, Ağdamda 18 m/s, Yardımlı, Şəki və Xızıda isə 15 m/s-dək güclənib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью