Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Yaponiyanın ən böyük şəhərlərindən biri olan Osaka 2025-ci ildə Ümumdünya Sərgisinə ev s
"Cebheinfo.az" xəbər verir ki, 13 aprel - 13 oktyabr tarixlərində keçiriləcək “Expo 2025” sərgisində 158 ölkə və regiondan nümayəndənin işti
Yanvarın 27-dən qüvvəyə minən qadağaya əsasən, yollarda, parklarda, meydanlarda və digər ictimai yerlərdə siqaret çəkmək və elektron siqaret
Qaydalara əməl etməyənlər 1000 yen (təxminən 6 dollar) məbləğində cərimələnəcəklər.
Osaka Bələdiyyəsinin bəyanatında deyilir: "Şəhər boyu tüstüdən azad əraziləri genişləndirməklə biz təhlükəsizliyi, təmizliyi artırmağı və Osakanın beynəlxalq turizm məkanı kimi imicini gücləndirməyi hədəfləyirik".
Bildirilib ki, bu təşəbbüs təkcə şəhərin estetikasını gözəlləşdirmək deyil, həm də sakinlər və qonaqlar üçün təhlükəsiz, rahat yaşayış mühitini təmin etmək məqsədi daşıyır.
Yaponiyada qanunlar əsasən restoranlar, ofislər və ictimai nəqliyyat kimi qapalı yerlərdə siqaret çəkməyi qadağan edir.
Bununla belə, bəzi şəhərlərdə ictimai yerlərdə siqaret çəkmək də qadağandır.