Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.
Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.
İyunun 4-də saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə, saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə də dolu düşüb.