Bu yerlərə leysan yağır Faktiki HAVA

06.07.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.

Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 6-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью