Bu yerlərə qar yağır

10.01.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə - Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır.

Düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Qusar, Qubada 20, Mingəçevir, Naftalanda 18, Yardımlıda 16, Tovuz, Ağstafa, Astarada 15 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Culfa, Gəncə, Quba, Qusar, Göyçay, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью