Bu yol 10 gün müddətinə bağlanır

11.08.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Sabah saat 08:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhərə və əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC-nin aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Modern.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью