Bu yol bağlıdır Sürücülərin diqqətinə!

20.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Qafqazinfo”ya bildirilib ki, bu səbəbdən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью