Bu yol sürücüləri çaşbaş qoyub VİDEO

12.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Neftçilər prospektinin bir hissəsindəki zolaqda vəziyyət qarışıqdır. Çünki avtobus zolağını bildirən 5.9 nişanı aidiyəti qurum tərəfindən götürülsə də, yerdəki nişanlar qalıb.

Milli.Az xəbər verir ki, sürücülər bu zolağa girməyin qadağan olmadığını bildirsələr də, eyni zamanda, çaşqınlıq yaratdığını da deyirlər.

Yoldakı vəziyyətlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirdi. Bu məqsədlə AYNA  tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işləri həyata keçirildi. Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunur. Bu səbəbdən də həmin zolaqdan istifadə edən sürücülərə cərimə tətbiq edilmir. /Xəzər TV

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью