Bu yol təmirə görə bağlanır

21.08.2026

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aparılacaq təmir işləri ilə əlaqədar 10 avqust saat 22:00-dan etibarən Səbail rayonu, Həsən Seyidbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

“Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, mümkün alternativ yollardan istifadə etmələri, ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan anlayış gözləyirik”, - deyə məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью