Bu yol Yasamal sakinləri üçün problemə çevrilib FOTOLAR

10.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Nəqliyyat və logistika məsələləri üzrə tanınmış ekspert Rauf Ağamirzəyev Yasamal rayonu, Şərifzadə küçəsində müşahidə olunan səki problemini işıqlandırıb.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb. Ekspert qeyd edib ki, sözügedən yolda müxtəlif fiziki maneələr piyadanın hərəkət zolağını daraldır:

“Şərifzadə küçəsində səkidə ağla gələn-gəlməyən baryerlər mövcuddur: dirəklər, nişan dayaqları, bordürlər, səviyyə fərqləri və müxtəlif fiziki maneələr piyadanın hərəkət zolağını daraldır. pizza mizza

Ən paradoksal məqam isə budur: avtomobillərin qarşısını almaq üçün qoyulan baryerlər bəzən piyadanın özünə baryerə çevrilir.

Səki piyadanın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti üçün nəzərdə tutulmalıdır”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью