Icma.az bildirir, Avtosfer portalına istinadən. Bir neçə gün öncə paytaxtın Nəriman Nərimanov prospekti ilə Qurban Xəlilov küçəsinin kəsişmə
Həmin kəsişmədə hər iki istiqamətdən gələn sürücülər arasında konflikt yarandığı üçün, svetoforun vacibliyi qaçılmaz idi.
Lakin svetofor obyekti quraşdırıldıqdan sonra hərəkətin təşkilinə də köklü dəyişikliklər edilib.
Belə ki, Nəriman Nərimanov prospekti istiqamətindən gələn nəqliyyat axınını kanallaşdırmaq üçün təhlükəsizlik adacığı tətbiq edilib.
Dəyişikliyə əsasən yolun sol iki zolağı yalnız Mikayıl Müşfiq küçəsi istiqamətinə, sağ iki zolaq isə Qurban Xəlilov küçəsi istiqamətinə hərəkət üçün ayrılıb.
Əsas problemlərdən biri, sürücülərin yeni təşkil olunmuş hərəkət sxemi barədə əvvəlcədən yetərincə məlumatlandırılmamasıdır.
Xüsusilə, zolaqlar üzrə hərəkəti bildirən 5.8.1 yol nişanlarının quraşdırılmaması, sürücülərin çaşqınlıq yaşamasına və nəticədə qaydaları pozmasına gətirib çıxarır.
Məhz bu səbəbdən bəzi sürücülər təhlükəsizlik adacığının üzərindən keçərək əvvəlki hərəkət trayektoriyasını davam etdirməyə çalışırlar.