Bu yolayırıcından SOLA DÖNMƏYiN Polis sizi izləyir VİDEO

17.07.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Gəncə şəhəri, 28 May və Həmidə xanım Məmmədquluzadə küçələrinin kəsişməsində qayda pozan sürücülər elə hadisə yerində cərimələnirlər.

Avtosfer.az-ın məlumatına görə, sakinlərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Kadrdan da göründüyü kimi, sözügedən yolayırıcına çatan sürücü qoşa xəttin tələbini pozaraq sola - əks istiqamətli yola çıxıb. Lakin bir neçə saniyə sonra ypx əməkdaşları qayda pozan sürücüyə "saxla" əmrini veriblər. Görüntünü qeydə alan şəxsin iddiasına əsasən, qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları ağacların arxa tərəfində dayanaraq qayda pozan sürücülərə dərhal cərimə tətbiq edirlər.

Qeyd edək ki, sözügedən yolayırıcında sürücülər yalnız sağa dönməklə hərəkət edə bilərlər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью