“Bu yolçuluğun mədəni növüdür” Tolik

19.03.2025

Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu yolçuluğun mədəni növüdür” - Tolik

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, Tolik dostlarının ona mesaj vasitəsi ilə bank kartlarının nömrələrini papaq atmaq şəkili ilə göndərmələrinə əsəbiləşib. 

Bununla bağlı Tolik instaqram səhifəsində videomüraciət yayımlayıb:

“İki gündür ki, Novruz bayramı ilə bağlı təbriklər bir yana üstündə papaq şəkili olan bank kartlarının nömrələrini atırlar. Üstündə də qapının döymək səsini atırlar. Bu nə deməkdir? Bu mədəni pul istəmək deməkdir yoxsa kiminsə qapısına getməyin mənə pul atın deməkdir? Biz bunun adını necə qoyaq? Bir-iki dostum atdım. Amma anlamadım bu zarafatdır yoxsa gerçək? Mənə qəribə gəldi. Biz görmüşük ki, papağın içinə qoğal, şəkərbura, paxlava və konfet qoyarlar. Pulu papağın içinə niyə qoysunlar? Əgər pul istəyirsənsə birdəfəlik de ki, pul istəyirəm. Bu da təzə çıxdı? Bu mədəni yolçuluğun bir növüdür. Şəxsən mən başqalarına deyil amma dostlarımın belə etməyini onlara yaraşdırmıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью