Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bir neçə ay əvvəl Bakı–Sumqayıt yolunda avtobus zolağı çəkilmişdi.
Avtosfer.az xəbər verir ki, zolaq fəaliyyətə başladığı ilk dövrlərdə saat məhdudiyyəti olmadan yalnız operativ nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə icazə verilirdi, digər nəqliyyat vasitələrinin isə bu zolağa daxil olması qadağan edilmişdi. Bu isə sürücülər arasında ciddi narazılığa gətirib çıxarmışdı.
Çin maşınının təmir zamanı çəkilən görüntüləri gündəm oldu - VİDEO
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, sözügedən avtobus zolağının istifadəsi ilə bağlı dəyişiklik edilib. Yeni qaydalara əsasən, artıq digər nəqliyyat vasitələri axşam saat 23:00-dan sonra bu zolaqdan istifadə edə biləcəklər.
Qeyd edək ki, dəyişiklik əsasən gecə saatlarında yolun yükünün azalması və nəqliyyat axınının daha səmərəli təşkil edilməsi məqsədi daşıyır. Günün digər saatlarında isə avtobus zolağı əvvəlki qaydada yalnız ictimai nəqliyyat və operativ xidmət avtomobilləri üçün nəzərdə tutulacaq.
Eltac Zülfüqaroğlu
Oxunub 146