Bu yolda bəzi zolaqlar üzrə sürət həddi endirildi

14.12.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью