Bu yolda çökmə halları niyə təkrarlanır?

21.11.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində yol infrastrukturunda yaranan problem yenidən gündəmə gəlib. Üzeyir Hacıbəyov küçəsinin bir hissəsində torpaq çökməsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı əraziyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Hazırda problemin səbəblərinin aradan qaldırılması və ərazidə bərpa işlərinin aparılması istiqamətində tədbirlər görülür.

Məlumata görə, sözügedən küçədə bu, ilk belə hal deyil. Belə ki, bir neçə gün əvvəl yolun digər hissəsində baş verən çökmə aradan qaldırılıb. Bundan bir neçə ay əvvəl də eyni küçədə oxşar hadisə yaşanıb və təmir işləri aparılıb.

Son hadisə ilə birlikdə Üzeyir Hacıbəyov küçəsində qeydə alınan çökmələrin sayı üçə çatıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью