Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır VİDEO

22.07.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Zabrat şosesindən Sabunçu istiqamətinə gedən yolun bəzi hissələrində asfalt örtüyünün yararsız vəziyyətə düşməsi sürücülərin narazılığına səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı sürücülərdən biri mövcud vəziyyəti videoya çəkərək sosial şəbəkədə paylaşıb. Görüntülərdən aydın olur ki, yolun müxtəlif hissələrində dərin çuxurlar əmələ gəlib, bəzi yerlərdə isə asfalt örtüyü tamamilə aşınıb.

Yolun ensiz olması problemi daha da ağırlaşdırır. Belə ki, sürücülər çuxurlardan yayınmaq üçün məcburi manevrlər edir, bu isə nəqliyyatın hərəkətini ləngidir və sıxlığın yaranmasına səbəb olur.

Bundan əlavə, deformasiyaya uğramış yol avtomobillərə maddi ziyan vurur.

Şikayətçinin sözlərinə görə, əlverişsiz hava şəraitində vəziyyət daha da çətinləşir. Yolda yaranan su gölməçələri çuxurların görünməsinə mane olduğundan, sürücülər təhlükəni əvvəlcədən müəyyən etməkdə çətinlik çəkirlər.

Sürücülər aidiyyəti qurumlardan yolun qısa müddətdə təmir olunmasını və təhlükəsiz hərəkətin təmin edilməsini xahiş edirlər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью