Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin yaxınlığından keçən köməkçi yolda asfalt örtüyünün vəziyyəti sürücülər üçün təhlükə yaradır.
Avtosfer.az-ın məlumatına görə, sakinlərdən biri yolun vəziyyətini əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Görüntülərdən aydın olur ki, yolun asfalt örtüyünün kənar hissəsi ciddi şəkildə dağılıb və burada dərin çuxur yaranıb. Bu vəziyyət həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üçün qəza riski yaradır. Ərazini tanımayan və xüsusilə gecə saatlarında həmin yoldan keçən sürücülər üçün risk daha da artır.
Şikayətçinin sözlərinə görə, yolun bu vəziyyəti uzun müddətdir davam edir, lakin problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbir görülmür.
O vurğulayıb ki, həmin yoldan avtobuslar da istifadə edir. Bu baxımdan yolun yararsız vəziyyətdə olması təkcə sürücülər üçün deyil, sərnişinlərin təhlükəsizliyi baxımından da narahatlıq doğurur.
Qeyd edək ki, görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sözügedən ərazidən keçərkən oxşar problemlərlə qarşılaşdıqlarını şərhlərdə bildiriblər.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227185.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar