Bu yolda əksər sürücülər zolaqla sürə bilmirlər: Biri də budur VİDEO

02.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Yollarda ən çox pozulan qaydalardan biri də manevrdir. Avtosfer.az xəbər verir ki, sürücülər əsasən zolaqlar üzrə düzgün yerləşməyərək manevr qaydasını pozurlar. Bu isə tez-tez qəzaların baş verməsinə şərait yaradır. Paytaxtın Heydər Əliyev prospektinin sonunda əksər sürücülər zolaqlar üzrə düzgün hərəkət edə bilmir. Motosiklet sürücülərindən biri qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb. Belə ki, 90-YQ-607 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü yolun döngə olan hissəsində zolaqdan kənara çıxaraq motosiklet sürücüsünü sıxışdırıb.

Qeyd edək ki, sözügedən ərazidə hər gün anoloji hal baş verir.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью