Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakının Nizami rayonunda sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Avtosfer.az-ın məlumatına görə, problem Məhsəti Gəncəvi küçəsində qeydə alınıb. Burada svetofor və yol nişanı ağacların arxasında qaldığından, sürücülər onları yalnız yolayrıcına yaxınlaşarkən görə bilirlər. Bu isə qəza riskini artırır. Qırmızı işığı vaxtında görməyən sürücülərin yolayrıcına daxil olması ehtimalı yüksəkdir.
Sürücülər aidiyyəti qurumlardan sözügedən problemin aradan qaldırılmasını xahiş edirlər.
Fərid