Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür VİDEO

06.08.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində yol nişanlarının görünməz hala düşməsi sürücüləri çətin vəziyyətə salıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı sürücülük təlimçilərindən biri sosial şəbəkədə video paylaşaraq problemi diqqətə çatdırıb.

Söhbət Sumqayıt avtovağzalının yaxınlığında yerləşən yol kəsişməsindən gedir. Belə ki, həmin ərazidə quraşdırılmış 2.5 "Stop" və 4.1.2 "Sağa hərəkət" yol nişanları sürücülər üçün demək olar ki, görünməz vəziyyətdədir. Nişanlar ağac budaqlarının arxasında qaldığından və üzü yan tərəfə fırlandığından onları hərəkət zamanı vaxtında görmək mümkün olmur.

Kadrlardan da aydın görünür ki, mövcud vəziyyət sürücülərin nişanların tələblərini vaxtında yerinə yetirməsini çətinləşdirir və bu da yol-nəqliyyat hadisəsi riskini artırır.

Sürücülər aidiyyəti qurumlardan yol nişanlarının görünən vəziyyətə gətirilməsini, ağac budaqlarının budanmasını və nişanların normativ tələblərə uyğun şəkildə yenidən quraşdırılmasını xahiş edirlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью