Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı VİDEO

10.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakının Suraxanı rayonunda, Elzar Yusubov küçəsində, “Qərib Ağa Məscidi”nin yaxınlığında aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məhdudiyyət səbəbindən sürücülər Hövsan (MİDA) yolundan Zığ şosesi istiqamətində hərəkət edirlər. Təmir işləri və bəzi sürücülərin əks istiqamətdə hərəkət etməsi səbəbindən ərazidə nəqliyyat sıxlığı yaranıb.

Hazırda yol polisi əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью