Bu yolda iri ağacın aşması hərəkəti çətinləşdirdi VİDEO

29.05.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşıb.

"Unikal" xəbər verir ki, əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri  təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir. Baş Dövlət

Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью