Bu yolda işıqfor var, piyada zolağı yoxdur Təhlükə

27.10.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindəki yolda piyada keçidi üçün işıqfor olsa da, yolun üzəri xətlənməyib.

Bu barədə ərazidə yaşayan sakinlərin Axar.az-a ünvanladıqları şikayətdə qeyd olunub.

Sakinlər yolun xətlənməməsinin piyadaların həyatını təhlükəyə atdığını deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) saytımıza bildirilib ki, əraziyə baxış keçiriləcək və müvafiq tədbirlər görüləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью